15 C
Baku
Sunday, November 24, 2024

Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində güzəştə getməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkə terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini bildirib. Cənab Ərdoğan Ankaranın bu məsələdə güzəştə getməyəcəyini vurğulayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Onlar terror təşkilatlarına dəstəyi dayandırmayana qədər bizdən müsbət münasibət gözləməməlidirlər. Heç kim bizim güzəştə gedəcəyimizi gözləməməlidir”, – deyə ölkə lideri deyib.

May ayında Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərə baxılması prosesini əngəlləyib. Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin, xüsusən də Ankarada qadağan olunmuş PKK-ya sadiq olduğunu müdafiə edib. İyunun sonunda Türkiyə NATO-nun genişlənməsinə razılaşsa da, Finlandiya və İsveç üçün bir sıra şərtlər irəli sürüb.

Son xəbərlər
Digər xəbərlər