Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7.3% artım baş verib.
DSMF-dən Banker.az-a verilən məlumata əsasən, Fondun gəlirlərində sosial sığorta daxilolmaları da son 6 ayda 21% artıb.
Bildirilir ki, DSMF gəlirlərində transfertin payı 2022-ci ilin yanvar-iyun aylarında 8.55% azalıb. Ümumilikdə isə, dövlət büdcəsindən transfert məbləğinin DSMF büdcəsində payı 4 il əvvəlki 38%-dən 17.6% azalmaqla Fondun tarixində ilk dəfə olaraq 20.42%-ə enib.