10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Almaniyanın birgə enerji şirkəti 10 mln. manat xalis mənfəət əldə edib

Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper Global Commodities SE” şirkətinin birgə müəssisəsi 2021-ci ildə 10 milyon manatlıq xalis mənfəət əldə edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “SOCAR Uniper” MMC-nin bu xalis mənfəəti öncəki ildən düz 10 dəfə çoxdur.

Onun gəlirləri 33% artaraq 52 milyon manat təşkil edib.

Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. Onun təsisçiləri SOCAR (51%) və “Uniper Global Commodities SE” (49%) şirkətləridir.

SOCAR Uniper-in əsas fəaliyyət növü:

-Enerji və əlaqədar sektorlarda səmərəliliyin optimallaşdırılması, eləcə də investisiyaların təmin edilməsi məqsədilə enerji layihələrini və digər əlaqədar layihələri müəyyən etmək, hazırlamaq və həyata keçirmək, və bu cür fəaliyyətlərin maliyyələşdirilməsi, idarə edilməsi və həyata keçirilməsi üçün müvafiq struktur müəyyən etmək

-Azərbaycanda və qonşu regionlarda enerji stansiyalarının idarə edilməsi, istismar edilməsi, optimallaşdırılması və saxlanılması üçün müvafiq xidmət və işlər təmin etmək

-Yerli kadrların bilik və təcrübələrini artırmaq.

Son xəbərlər
Digər xəbərlər