“Türk Hava Yolları” (THY) müharibə səbəbindən Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi, Rostov şəhərlərinə və Ukraynaya uçuşların dayandırılması qərarını sentyabrın 30-dək uzadıb.
Bu haqda THY-nin sosial media hesablarında məlumat paylaşılıb.
“30 sentyabr 2022-ci il (daxil olmaqla) Yekaterinburq, Minsk,Soçi, Rostov və Ukraynaya uçuşlarımız ləğv edilib”, – deyə məlumatda qeyd edilib.