21 C
Baku
Saturday, May 4, 2024

Çavuşoğlu: “Öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək”

“İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv 100”ə müsahibəsində deyib.

O söyləyib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir: “Bu dövlətlər terrorçuları hələ Türkiyəyə qaytarmayıb. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyulacaq”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər