ABŞ Prezidenti Co Bayden 2024-cü ildə yenidən seçilməyi planlaşdırır.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mətbuat konfransında bildirib.
“Prezident 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Buna hələ çox var, ona görə də təfərrüatlar, eləcə də ictimai rəy sorğuları haqqında danışmayacağam” – deyə mətbuat katibi qeyd edib.