14 C
Baku
Saturday, November 23, 2024

“Fitch”: “Azərbaycanın daxil olduğu regionda borc səviyyəsi pandemiyadan əvvəlki dövrdən azdır”

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın daxil olduğu Şərqi Avropa regionunda borc səviyyəsinin ümumi daxil məhsula (ÜDM) nisbətinin bu il 9,1 % olacağını proqnozlaşdırır.

Bu barədə “Fitch Ratings” məlumat yayıb.

Həmçinin bildirilir ki, bu borc səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə (2019-cu il) azdır.

Bundan başqa, bu il regionda hökumətlərin faiz xərclərinin ÜDM-yə nisbəti 2019-cu illə müqayisədə 0,05 % artıb.

“Yüksək borc, tənəzzül riskləri artdıqca ölkələri çətin seçimlərlə üz-üzə qoyur. Koronavirus“COVID-19” pandemiyasının dövlət maliyyəsinə vurduğu zərəri hələ də çox az ölkə tərsinə çevirə bilib. 2022-2023-cü illərdə qlobal artım yavaşladıqca, dövlət borcunun ÜDM-yə nisbətinin yüksək səviyyələri bir çox ölkəni iqtisadi artımı və əhalinin həssas təbəqələrini dəstəkləmək üçün daha az maliyyə çevikliyi ilə qarşılaşdıra bilər”, – məlumatda deyilir.

“Fitch”, bu ilin sonuna reytinq portfelindəki 119 suveren ölkədən yalnız 20-də dövlət borcunun ÜDM nisbətlərinin 2019-cu il səviyyəsində və ya daha aşağı olacağını proqnozlaşdırır.

“Şərqi Avropada borcun ÜDM-yə nisbəti, bu il qismən Rusiya-Ukrayna münagişəsinin nəticələri ilə əlaqəli büdcənin azalmasını əks etdirir. Bununla belə, borcun ÜDM-yə nisbəti region ölkələrinin üçdə birində 2015-2019-cu illərin ortalamasından daha azdır.

Bir çox ölkədə inflyasiyanın son sürətli artımı, xüsusilə də əmtəə ixracatçıları üçün nominal ÜDM səviyyələrini artıraraq və fiskal gəlirləri xərclərdən daha sürətli qaldıraraq başlanğıcda borc/ÜDM nisbətini aşağı sala bilər.

Bununla belə, vergilərin artırılmasını və ya dövlət xərclərinin azaldılmasını tələb edən struktur fiskal konsolidasiya səyləri, ev təsərrüfatlarının və müəssisələrin inflyasiya ilə bağlı gəlir təzyiqləri ilə üzləşdiyi yerlərdə sosial və siyasi çəkişmələr yaradacaq.

Əslində, əksər ölkələr qiymət artımının ev təsərrüfatlarına və biznesə təsirinin bir hissəsini kompensasiya etmək üçün artıq maliyyə siyasətini yüngülləşdirib.

Eyni zamanda, yüksək inflyasiya həm də nominal faiz dərəcələrini artırır, suveren borclanma xərcləri artırır, eləcə də bəzi inkişaf etməkdə olan bazarlarda valyuta məzənnəsinin zəifləməsinə səbəb olur ki, bu da xarici valyutada olan borcla bağlı ödəniş yüklərini artırır.

Daha yüksək faiz dərəcələrinin borclanma xərclərinə təsiri, faiz artımlarının sürəti və miqyası, borcun müddəti və borcun dəyişkən məzənnələr və ya xarici valyuta ilə ifadə olunan inflyasiya ilə indeksləşdirilmiş nisbəti kimi amillərdəki dəyişiklikləri əks etdirəcək şəkildə dünyada fərqli sürətlərdə dəyişəcək”, – “Fitch” bildirir.

Son xəbərlər
Digər xəbərlər