6 C
Baku
Sunday, December 15, 2024

Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurlayıb

ABŞ-ın “Nomad” blokçeyn platforması haker hücumuna məruz qalıb.

Hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.

Qeyd olunur ki, hücum baş verən zaman “Nomad” platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.

Mütəxəssislər haker hücumunun səbəbini “Nomad” platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, iyun ayında “Harmony” blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər