Ağ Ev ABŞ Prezidenti Co Baydenin Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı mövqeyini açıqlayıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mediaya bildirib.
Onun sözlərinə görə, ABŞ lideri Pelosinin qərarına hörmət edir. C.Kirbi, həmçinin qeyd edib ki, Pelosi Asiya ölkələrinə səfəri zamanı xarici siyasətlə bağlı mühüm danışıqlar aparıb.
Qeyd edək ki, rəsmi Pekinin xəbərdarlığına baxmayaraq, Nensi Pelosi ötən gün Tayvana səfər edib. Bu səfər ABŞ və Çin arasında siyasi gərginliyi daha da artırıb, Amerika səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılaraq, ona rəsmi şəkildə Pekinin etirazı çatdırılıb.