11 C
Baku
Monday, November 25, 2024

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapıldı – Yenilənib

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.

Hadisə Yasamal rayon ərazisində yerləşən “Kığılı” geyim mağazasında qeydə alınıb.

“Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

***

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.

Bunu “Kiğılı” geyim mağazasından bildiriblər.

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, – deyə məlumatda qeyd olunub.

***

“Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.

Bunu Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:

“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər