Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hakimiyyətinin Əfqanıstanda antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayacağını bildirib. O qeyd edib ki, bu, ilk növbədə Əl-Qaidə qruplaşmasına aiddir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Con Kirbi bildirib ki, Əfqanıstanda hələ də az sayda Əl-Qaidə əməliyyatçısı var. Təşkilatın lideri, Usam ben Ladenin sağ əli Ayman əl-Zəvahir iyulun 31-də Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı zamanı öldürülüb.
ABŞ 30 avqust 2021-ci ildə Taliban hərəkatının nümayəndələri hakimiyyətə gəldikdən sonra qoşunlarını Əfqanıstandan çıxarıb. Bundan sonra Taliban Əl-Qaidə terrorçularını Əfqanıstana buraxmayacağına söz verib. ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Taliban ona Əfqanıstana sığınmağa icazə verməklə öhdəliklərini pozub.