14 C
Baku
Saturday, November 23, 2024

Növbəti il üzrə qazlaşma proqramı SOCAR-a təqdim olunub

Bu ilin qazlaşma proqramına uyğun olaraq 25 meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulub.

Bunu “Açıq qapı” aksiyası çərçivəsində “Azəriqaz” İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.

Onun sözlərinə görə, İstehsalat Birliyi tərəfindən 2023-cü ilin proqramı üzrə də təkliflər hazırlanaraq SOCAR-a təqdim olunub ki, bu proqram üzrə də meşəətrafı kəndlərin qazlaşdırılması nəzərdə tutulur.

“Ölkə üzrə 900-dən çox qazlaşdırılmayan məntəqələr var ki, onlardan 426-sı meşəətrafı kəndlərdir. 426 kənddən 260-ı səmərəsiz kimi qiymətləndirilir və onların qazlaşdırılmasına sonda baxılacaq. Bu kəndlərdə 7-8 abonent var. Elə kəndlər var ki, ora 40 kilometr daşıyıcı xətlər çəkilməlidir. Hazırda belə kəndlərin digər alternativ enerji ilə təmin olunması müzakirə olunur”, – deyə İlham Mehbalıyev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər