11 C
Baku
Monday, November 25, 2024

Çin Pelosi və onun ailəsinə qarşı sanksiyalar elan edib

Çin Nensi Pelosi və onun ailəsinə Tayvana səfər etdiyinə görə sanksiyalar elan edib, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq avqustun 2-də Tayvana səfər edib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

1949-cu ildən Tayvan öz administrasiyası tərəfindən idarə olunur, lakin Pekin onu öz əyalətlərindən biri hesab edir. Əksər ölkələr bu mövqeyi dəstəkləyir.

Çin hakimiyyəti artıq Tayvana məhdudiyyətlər qoymağa başlayıb. Xüsusilə, avqustun 3-dən Pekin adaya qum nəqlini dayandırıb. Tədbir həmçinin sitrus meyvələri və iki növ balıq məhsullarının idxalına şamil olunur.

Son xəbərlər
Digər xəbərlər