10 C
Baku
Wednesday, November 27, 2024

Almaniya qışda Rusiya qazından imtina edə bilər

Almaniya 210 TVt/saat elektrik enerjisinə qənaət edə biləcəyi təqdirdə qışda Rusiyadan qaz idxalından imtina edə bilər.

Bu barədə ABŞ-ın “Notr-Dam” universitetindən olan alman iqtisadçısı Ryudiqer Baxmanın, həmçinin Bonn Univesitenin və Münxenin “IFO” Universitetinin mütəxəssislərinin apardığı tədqiqatda deyilir.

Ekspertlər belə bir nəticəyə gəliblər ki, Almaniya məqsədinə çatmaq üçün qazla işləyən elektrik stansiyaları vasitəsilə daha az elektrik enerjisi istehsal etməli, məişət və sənaye səviyyəsində istehlakı azaldmalıdır.

Almaniya “Şimal axını” boru kəməri vasitəsilə Rusiyadan qaz almaqla bağlı çətinliklər yaşayır. İyun ayının ortalarından bu maqistral öz maksimal gücünün yalnız 40 %-i həddində (sutkalıq 67 milyon kubmetr) işləyir. Buna səbəb kimi Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarından dolayı qaz turbinlərinin təmirdən gec qaytarılması göstərilir. İyulun sonunda magistral vasitəsilə qaz nəqli 20 %-ə kimi azalıb.

Son xəbərlər
Digər xəbərlər