14 C
Baku
Saturday, November 23, 2024

20 milyondan çox britaniyalı sudan istifadə üzrə məhdudiyyətlərlə üzləşəcək

Anomal istilər fonunda Böyük Britaniyada tətbiq edilən sudan istifadə üzrə məhdudiyyətlərlə ümumilikdə 20,5 milyon insan üzləşə bilər.

Bu barədə “Daily Mail”in məqaləsində deyilir.

Məlumata əsasən, iki böyük kommunal şirkət artıq müvəqqəti tədbirlər tətbiq edib. Onlar vətəndaşları bitkiləri sulamaq, avtomobilləri və evlərin fasadlarını yumaq, hovuzları doldurmaq üçün şlanqlardan istifadə etməməyə çağırıblar. Məsələn, cümə axşamından etibarən belə bir tədbir Hempşir qraflığında və Uayt adasında 1,1 milyon insana şamil edilib.

Bir həftə sonra oxşar tövsiyələr daha 2,2 milyon insanın yaşadığı Kent və Sasseks qraflıqlarında da tətbiq olunacaq.

Son xəbərlər
Digər xəbərlər