ABŞ-la Çin arasında ticarət dövriyyəsi 2022-ci ilin ilk yeddi ayında 11,8% artaraq 452,3 milyard ABŞ dollarına çatıb.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı məlumatlarda göstərilib.
Çindən ABŞ-a ixrac yanvar-iyul aylarında illik müqayisədə 15% artaraq 347,4 milyard dollar təşkil edib. ABŞ Çinə 104,8 milyard dollar dəyərində mal ixrac edib ki, bu da illik müqayisədə 2,5% çoxdur.
Ayrı-ayrılıqda, iyulda iki ölkə arasında ticarət dövriyyəsi 68,5 milyard dollar təşkil edib, o cümlədən Çin ABŞ-a 55,03 milyard dollar, ABŞ-dan Çinə isə 13,5 milyard dollar dəyərində mal idxal edib.