ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.
Əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.
Təlimlər 3 min metr yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.
Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.