14 C
Baku
Saturday, November 23, 2024

Bu il Azərbaycan 20 mln. tona yaxın neft hasil edib

2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hesabat dövründə 15,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını konsorsiumun, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 avqust tarixinədək 595 milyon tonu ixraca nəql edilib.

Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər