10 C
Baku
Wednesday, December 11, 2024

“Siemens Energy” Rusiya bazarını tərk edir

Almaniyanın “Siemens Energy” enerji şirkəti Rusiyadakı aktivlərini payızda başa çatacaq maliyyə ilinin sonunda satmağı planlaşdırır. Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

“Siemens Energy” üçüncü rübdə Rusiyadakı biznesini restrukturizasiya etməyə başlayıb. Şirkətin itkiləri artıq təqribən 200 milyon avro olaraq qiymətləndirilir. Eyni zamanda, “Siemens” Rusiyanı tərk etməklə “heç bir əhəmiyyətli zərər” görməyəcəyini deyir.

“Siemens Energy” qaz turbinlərini tədarük edir. Xüsusilə, “Şimal axını” üçün. Şirkət biznesini yeri menecerlərə çatmağı və beləliklə Rusiyada fəaliyyəti davam etdirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər