“NATO-dakı müttəfiqimiz ABŞ-la münasibətlərimizin normal olması ortaq marağımızdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.
“Amma terrorçularla bağlı başsağlığı mesajları müttəfiqliyə uyğun deyil. Türkiyə terrorçularla mübarizədə tək qaldı. Heç bir NATO ölkəsi terrorçular üçün güvənli ərazi olmamalıdır. Bunu Madriddəki sammitdə də bildirdik. Finlandiya və İsveçlə bağlı konkret mövqeyimizdə qalırıq. Verilən sözlər yerinə yetirilmədən bu iki ölkənin Alyansa üzvlüyünü təsdiqləməyəcəyik”, – o deyib.