Dünya Bankı Ukraynaya 4.5 milyard dollar yardım edəcəyini açıqladı, bu maliyyə paketi “təcili ehtiyacları” qarşılamaq üçün nəzərdə tutulub.
Bu barədə Dünya Bankının açıqlamasında deyilir.
“Maliyyə paketi ABŞ-ın 4.5 milyard dollarlıq qrantından ibarətdir”, – deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, maliyyə dəstəyi Kiyevə sosial müavinətlər, tibbi xidmətlər və pensiyaların xərclərini ödəməyə kömək edəcək.