12 C
Baku
Saturday, November 23, 2024

“Sakarya” yatağından ilk qaz 2023-ci ilin martında əldə olunacaq

Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından ilk qaz 2023-ci ilin martında əldə olunacaq.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, yatağından təbii qazı quruya nəql edəcək kəmərin (tikintisinə 2022-ci ilin iyununda start verilib – red.) 120 kilometri artıq dəniz dibinə düzülüb, cəmi 50 kilometri qalıb.

Nazir qeyd edib ki, Ankara ölkə sərhədləri daxilində, o cümlədən offşor (dəniz – red.) zonalardakı bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qoyub.

Xatırladaq ki, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər