4 C
Baku
Monday, January 13, 2025

Rusiya XİN: Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli bəyanat əsasında həll olunmalıdır

Laçın dəhlizi ətrafında məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır.

Banker.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, – o bildirib.

İvan Neçayev Rusiyanın regionda situasiyanı diqqətlə izlədiyin də əlavə edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər