2022-ci ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat təşkil edib. Bu da ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artım deməkdir.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, proqnoz 44 milyon 238,1 min manat artıq icra edilib.
Dövlət Xidmətindən bildirilir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 1 milyard 647 milyon 115 min manat təşkil edib, proqnoz 101,6 faiz icra olunub.