6 C
Baku
Sunday, December 15, 2024

“Azərxalça” zərər açıqladı

Dövlətə məxsus olan “Azərxalça” ASC 2020-ci ili 3 milyon 283 min manat zərələ başa vurub.

Banker.az bu bunu dövlət şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Bu 2019-cu illə müqayisədə 38.5% azdır.

Bununla belə, şirkətin yığılmış zərəri 36% artaraq 13 milyon 839 min manata çatıb.

2020-ci ildə “Azərxalça”nın satışdan gəlirləri 5 milyon 142 min manat (2019-cu ilə nisbətən 16.6 dəfə çox), satışının maya dəyəri 4.59 milyon manat (12 dəfə çox), sair gəlirləri 1 milyon 146 min manat (əvvəlki il olmayıb), inzibati və əməliyyat xərcləri 5 milyon 89 min manat (0.5% az), xarici valyuta əməliyyatlarından xalis gəlirləri isə 109 min manat (əvvəlki il zərər olub) təşkil edib.

2343423423423423

2021-ci il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 107.004 milyon manat olub ki, bu da illik müqayisədə 0.5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 62.9% artaraq 1.041 milyon manata çatıb, balans kapitalı isə 0.9% azalaraq 105.963 milyon manata düşüb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər