2 C
Baku
Saturday, December 14, 2024

İsraillə Türkiyə münasibətləri tamamilə normallaşdırmaq qərarına gəldilər – Yenilənib

Türkiyə ilə İsrail arasında münasibətlərin tam normallaşması ilə bağlı yaxın saatlarda rəsmi açıqlama gözlənilir. Bu çərçivədə səfirlər yenidən təyin olunacaq.

Bu barədə İsrailin “Kanal 12” saytı məlumat verib.

Mənbəyə görə, İsrail və Türkiyənin tezliklə yeni bəyanatla münasibətlərinin tam normallaşdığını elan edəcəyi gözlənilir.

Məlumatda o da qeyd olunur ki, yaxın saatlarda rəsmi açıqlama verilə bilər. Razılaşmada Tel-Əviv və Ankaradakı səfirlərin geri qaytarılmasının da yer alacağı bildirilir.

***

İsrail və Türkiyə münasibətləri tamamilə normallaşdırmaq qərarına gəldiklərini açıqlayıblar.

İsrailin baş naziri Yair Lapid bildirib ki, Türkiyə ilə münasibətlərin bərpası regional sabitlik üçün vacibdir:

“Bu, vətəndaşlarımız üçün çox vacib iqtisadi xəbərdir. Biz İsrailin dünyada mövqeyini gücləndirmək üçün çalışmaqda davam edəcəyik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər