“Rusiyada bir daha “Formula 1” keçirilməyəcək”.
Bunu “Formula 1”in rəhbəri Stefano Domenikali deyib.
“Pul önəmlidir, amma nəzərə aldığımız tək cəhət bu deyil. Hər şey düzgün olmalıdır. Həmişə fikirləşirdim ki, heç vaxt sözünü deməməliyik. Amma indi dəqiq deyəcəm: Rusiyada artıq yarış olmayacaq, biz onlarla danışıqlar aparmayacağıq”, – Domenikali bildirib.
Qeyd edək ki, bundan əvvəl “Formula 1” Soçidə Rusiya Qran Prisi ilə bağlı müqaviləyə xitam verildiyini elan etmişdi.