6 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən güclü sedanı təqdim olundu – Qiyməti

ABŞ-ın “Lucid Motors” şirkəti “Air” sedanının “Sapphire” adlı yeni versiyasını təqdim edib.

Dizaynerlər onu dünyanın ən güclü və ilk lüks supersport elektrik sedanı adlandırırlar.

“Air Sapphire”in elektrik mühərrikləri toplam 1200 at gücünə malikdir. Avtomobildə üç elektrik mühərriki – ikisi arxa oxda və biri öndə quraşdırılıb. Sedanın 60 mil/saat (96,6 km/saata) sürəti 2 saniyəyə, 100 mil/saat (161 km/saat) sürəti isə 4 saniyədən az vaxta yığdığı iddia edilir. Elektromobili düz xətt üzrə klassik dörddə bir mil məsafəsini 9 saniyədən az vaxta qət edə bilər.

Sıx döngələrdə sedanın idarəetmə sistemi daxili təkərə regenerativ əyləc tətbiq edə bilir, eyni zamanda xarici təkərə daha çox dartma qüvvəsi verir və avtomobilin çevikliyini artırır.

“Air Sapphire” karbon-keramika əyləcləri, aerodinamik paket, yeni idman oturacaqları və yarış meydançasına uyğunlaşdırılmış asma ilə təchiz edilib.

Sedanın yeni versiyasının seriya istehsalı 2023-cü ilin əvvəlinə planlaşdırılır. Avtomobilin qiyməti ən azı 249 min dollar olacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər