2022-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 279 milyon 683 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.4% çoxdur.
Banker.az muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 15 257 ton, süd istehsalı 63 370 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 7.9%, süd istehsalı isə 1.5% artıb.