8.6 C
Baku
Thursday, November 28, 2024

Moldovada bu il inflyasiya 34 faizə yaxın olacaq

Moldova Maliyyə Nazirliyi 2022-ci il dövlət büdcəsinə düzəlişlər haqqında qanun layihəsi hazırlayıb. Büdcə haqqında qanuna dəyişiklik layihəsinin proqnozuna görə, bu il ölkədə iqtisadi artım olmayacaq.

Bu, digər amillərlə yanaşı, kənd təsərrüfatı məhsullarının 2021-ci illə müqayisədə təxminən 18 faiz azalması ilə əlaqədardır.

Eyni zamanda, ilin sonunda inflyasiyanın səviyyəsi 33.8 faiz təşkil edəcək.

Buna görə də orta aylıq əməkhaqqı 13 faiz artaraq 10.000 leevi keçsə də (1 dollar-18,30 leev), real əməkhaqqı qiymətlərlə müqayisədə 12.8 faiz azalacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər