Təhsil Nazirliyi “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC ilə 1.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2022-2023-cü tədris ilinə peşə təhsili pilləsi üçün dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 485 250 manatdır.