Bir çox qlobal neft şirkətləri və bankları “Rosneft”in nəzarətində olan Hindistanın neft və qaz şirkəti “Nayara Energy” ilə əməkdaşlığı dayandırıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Rosneft” şirkətin səhmlərinin 49%-nə, daha 49.13% isə “Trafigura Group” və Rusiyanın “UCP” investisiya qrupunun rəhbərlik etdiyi “Kesani Enterprises CO Ltd” konsorsiumuna məxsusdur. Qeyd edək ki, “Nayara” Hindistanın emal gücünün 8%-ni təşkil edir.
“Noyara” ilə işləməkdən imtina edən şirkətlər: “Philips 66”, “Occidental Petroleum Corp”, “Cepsa”, “Equinor”, “Gunvor”, “Koch”, “Petrogal”, “Respsol”, “Shell”, “Suncor Energy”, “Ecopetrol”, “TotalEnergies”.
Şirkətlə işləməkdən imtina edən banklar: “Citigroup”, “Morgan Stanley”, “BNP Paribas JPMorgan”, “Engie”, həmçinin “Mitsubishi UFJ Financial Group” və “Sumitomo Mitsui Financial Group”un əsas bank bölmələri.
“Nayara” Rusiyanın Ukraynadakı hərəkətlərinə görə beynəlxalq reaksiyanın bir hissəsi kimi sanksiyaya məruz qalmasa da, bəzi banklar potensial problemlərdən qorxaraq ona neft idxalı üçün ticarət kreditləri təklif etməyi dayandırıblar.