14 C
Baku
Saturday, November 23, 2024

Saleh Məmmədov: “Azərbaycanda ilk ödənişli yol ilin sonuna kimi istifadəyə veriləcək”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır.

Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Onun sözlərinə görə, yolun tikintisi başa çatmaq üzrədir: “Yolda cəmi 27 kilometr asfaltlanmamış hissə qalıq. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Eyni zamanda yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləsdirilməsi üçün tərəzilər quraşdırılır. Yəgin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər