İlk dəfə olaraq Finlandiya və İsveçin müdafiə nazirləri alyansın bütün ölkələrinin silahlı qüvvələri komandirlərinin iştirak etdiyi NATO Hərbi Komitəsinin konfransına dəvət olunublar.
Bu barədə “İnterfax”a Estoniya Müdafiə Qüvvələrinin Baş qərargahından məlumat verilib.
Sentyabrın 16-18-də Tallinndə keçiriləcək konfrans Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Martin Herem tərəfindən idarə olunacaq.
Konfransa NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer rəhbərlik edəcək.
İclas iştirakçıları alyansın strateji vəzifələrini, NATO-nun Madrid sammitinin çəkindirmə və müdafiə ilə bağlı qərarlarının icrasını, həmçinin NATO-nun İraqdakı, Kosovodakı missiyaları da daxil olmaqla, cari NATO əməliyyatları, missiyaları və fəaliyyətlərini müzakirə edəcəklər.