Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılır.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, paylaşılan dezinformasiya xarakterli məlumatlar həqiqəti əks etdirmir.
“Vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik. Xatırladaq ki, 30 avqustdan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start veriləcək. Sertifikatlaşdırma prosesinə cəlb olunmuş müəllimlər şəxsi kabinetlərinə göndərilmiş vaxtda imtahan mərkəzinə yaxınlaşmalıdır” – deyə məlumatda qeyd edilib.