Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb.
Görüntülərdə hərbi texnikamızın Laçın şəhərinə daxil olduğu əks olunur.
Habelə, Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidovun Azərbaycan Ordusunun Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürməsi ilə bağlı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzəsi yer alıb.