ABŞ Avropaya təbii qaz tədarükünü artırmaq yollarını axtarmağa davam edir.
Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Jan-Pyer bildirib ki, bu istiqamətdə hələ çox iş görülməlidir, lakin Vaşinqton artıq müəyyən uğurlara nail ola bilib.
“Mart ayından Avropaya mayeləşdirilmiş təbii qaz ixracı 2021-ci ilə nisbətən 84% artıb və bu ixracda ABŞ-ın payı demək olar ki, üç dəfə artıb”, – mətbuat katibi qeyd edib.