Əfqanıstanda hakimiyyətdə olan “Taliban” Rusiya ilə neft və qazın alınması ilə bağlı müqavilə bağlayır. Bu barədə Əfqanıstanın Ticarət və Sənaye Nazirliyinə istinadən yerli KİV məlumat yayıb. Qeyd olunur ki, müqavilənin şərtləri hələki məlum deyil. Sanksiyalara görə əməliyyatlar üçüncü ölkələrdən keçəcək.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Əfqanıstanın müvəqqəti ticarət və sənaye naziri Nuruddin Əzizin sözlərinə görə, həm Rusiya, həm Əfqanıstan banklarının sanksiyalar altında olması səbəbindən neft və qaz əməliyyatları üçüncü ölkələrdən keçəcək.
Eyni zamanda, Əfqanıstan nazirliyinin rəhbəri əlavə edib ki, o, artıq Tatarıstan rəhbəri Rüstəm Minnixanova rəsmi dəvət göndərib. Nuruddin Əziz neft və qazın alınmasına dair müqavilənin Rusiya rəsmisinin Kabilə səfəri zamanı imzalayacağını deyib.
Daha əvvəl Əziz Əfqanıstanın neft məhsulları və malların barter sxemi ilə alınması imkanlarını nəzərdən keçirdiyini bildirib. Kabil Rusiyaya minerallar, kişmiş və dərman preparatları üçün xammal verməyə hazırdır.
Qeyd edək ki, 2022-ci ildə Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsi 170 milyon dollara çatıb.