5 C
Baku
Saturday, December 14, 2024

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.

İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.

Qeyd edək ki, hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır. İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub. Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10%, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər