Kanada musson yağışlarından əziyyət çəkən Pakistana humanitar yardım ayırıb.
Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu fövqəladə vəziyyətə görə beynəlxalq dəsətəyə qoşularaq beynəlxalq inkişaf nazirliyi Pakistana 5 milyon Kanada dolları (3.8 milyon USD) yardım ayırıb. Bu vəsaitlə zərərçəkənlər üçün əsasən ərzaq məhsulları alınacaq” – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Pakistanda son həftələrdə musson yağışları mindən çox insanın ölümünə, on mibnlərlə insanın evlərini tərk etməsinə səbəb olub.