26 C
Baku
Saturday, April 27, 2024

İran XİN başçısı Lavrovla Ukrayna böhranı ilə bağlı danışıqlar aparacaq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edib.

Nazir Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla müzakitələr aparacaq.

Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, bəzi Avropa ölkələri Ukrayna böhranının həlli üçün İranın da kömək göstərməsini istəyib. Səfərin əsas məqsədi Ukrayna böhranının həlli yönündə danışıqların aparılmasıdır.

Diplomat bildirib ki, səfər çərçivəsində ikitərəfli məsələlər ilə yanaşı Əfqanıstandakı vəziyyət də müzakirə olunacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər