Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian Moskvada Cənubi Qafqaz və Xəzər regionunda vəziyyəti müzakirə ediblər.
Bunu S.Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Biz digər aktual regional məsələlərə – Yaxın Şərq, Əfqanıstan, Yəmən, İraq, Cənubi Qafqaz, Xəzər dənizi regionu üzrə məsələlərə toxunduq. Eləcə də, Ukraynadakı vəziyyəti müzakirə etdik”, – o bildirib.