8 C
Baku
Sunday, November 17, 2024

Avrozonada inflyasiya səviyyəsi tarixi 9.1%-ə çatıb

Avrozonanın 19 ölkəsində illik inflyasiya avqustda ilkin hesablamalara görə, 9.1%-lik tarixi maksimuma qədər sürətlənib. “Avro məkanında illik inflyasiyanın 9.1% olacağı gözlənilir”, – “Eurostat”ın açıqlamasında deyilir.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

İnflyasiyanın sürətlənməsinin əsas amili avqustda 38.3% bahalaşan enerji məhsulları (iyulda üstəgəl 39.6%), o cümlədən qiymətləri 10.6% (iyulda üstəgəl 9.9%) bahalaşan ərzaq, alkoqol və tütün məhsulları olub.

Avrozona ölkələri arasında HICP istehlak qiymətləri indeksi avqustda ən çox Estoniya (25.2%), Litvada (plus 21.1%) və Latviyada (29.8%) artıb. Avrozonanın iqtisadi liderlərində – Almaniya və Fransada HICP müvafiq olaraq 8.8% və 6.5% artıb.

İyul ayında Avropa Mərkəzi Bankı (ECB) depozit faizini yarım faiz bəndi artıraraq 0%-ə çatdırmaqla səkkiz illik mənfi faiz dərəcələrini başa vurub.

Son xəbərlər
Digər xəbərlər