®Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə yeni kampaniyaya başlayır.
İllik faiz dərəcəsi 13%-dən başlayan kreditlər 48 ay müddətinədək verilir.
Qeyd edək ki, 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə komissiya 0%-dir.
Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.
Bankın internet səhifəsində tez və asanlıqla kredit sifariş vermək olar və kredit kalkulyatoru faiz dərəcəsini hesablamağa, aylıq ödənişlərin müvafiq məbləğini müəyyən etməyə kömək edəcək.
Kampaniya 01 – 30 sentyabr 2022-ci il tarixləri ərzində qüvvədə olacaqdır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.