Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Ermənistana köçmək qərarını açıqlayıb. O, bütün erməniləri aqressiv ritorikadan istifadə etməməyə və nifrətin dərəcəsini azaltmağa çağırıb.
2020-ci il oktyabrın 6-sında Vardanyan Rusiya Prezidenti Vladimir Putinə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibəni dayandırmaq xahişi ilə müraciət etmişdi.
Vardanyan – “Troyka Dialoq” investisiya şirkətinin yaradıcısı və keçmiş sahibidir. 2021-ci ilə “Forbes” Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib.