13 C
Baku
Saturday, November 23, 2024

Yaponiya XİN başçısı: “Cənubi Koreya ilə münasibətləri normallaşdırmaq niyyətindəyik”

Yaponiya Cənubi Koreya ilə münasibətləri normallaşdırmaq və inkişaf etdirmək niyyətindədir.

Bunu Yaponiyanın xarici İşlər naziri Yoşimasa Hayaşi sentyabrın 2-də Tokioda keçirilən mətbuat konfransında söyləyib.

“Hesab edirik ki, Yaponiya-Cənubi Koreya münasibətləri normallaşmalı və ikitərəfli dostluq əlaqələri kimi inkişaf etməlidir”, – deyə nazir bildirib. Əlavə edib ki, beynəlxalq münasibətlərin çox gərgin olduğu şəraitdə Yaponiya və Cənubi Koreya arasında ikitərəfli əlaqələrin, həmçinin Tokio, Seul və Vaşinqton arasında üçtərəfli münasibətlərin daha da möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir.

İki ölkə liderlərinin sammiti barədə məsələyə toxunana Y.Hayaşi yüksək səviyyəli görüşün tarixinin hələlik dəqiqləşdirilmədiyini bildirib. XİN rəhbəri növbəti dəfə Tokionun Seulla dialoqun inkişafında maraqlı olduğunu vurğulayıb.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər Cənubi Koreya məhkəməsinin müharibə dövrünün əmək mübahisələri ilə bağlı qəbul etdiyi qərarlardan sonra gərginləşib. Həmin qərarlar Yaponiya hökumətinin və şirkətlərinin İkinci Dünya müharibəsi vaxtı məcburi əməyə cəlb edilən koreyalılara kompensasiya ödəməsini tələb edir. Bu qərarları yerinə yetirməkdən imtina edən Tokio maliyyə məsələsinin 1965-ci ildə ikitərəfli diplomatik münasibətlərin yaradıldığı zaman həll olunduğunu bildirir.

Qeyd edək ki, Cənubi Koreyanın yeni Prezidenti Yun Sok Yol da artıq bir neçə dəfə Yaponiya ilə münasibətləri qaydaya salmağa hazır olduğunu bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər