Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksandr Novak söyləyib. O bildirib ki, Rusiya neft və neft məhsullarının qiymətinə məhdudiyyət qoyan ölkələrə neft satışını dayandıracaq.
Xatırladaq ki, iyun ayında keçirilmiş G7 sammitində tərəflər Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması məsələsini müzakirə ediblər.
A.Novak, həmçinin müddəti 2022-ci ildə bitən OPEK+ sövdələşməsinin vaxtının uzadılmasına tərəfdar çıxıb. Rusiya rəsmisi hesab edir ki, 2016-cı ildə yaradılan OPEK+ pandemiya dövründə neft bazarının tənzimlənməsində müsbət rol oynayıb.