3 C
Baku
Saturday, December 14, 2024

Yayın sonunda ABŞ-da ərzaq malları ucuzlaşıb

Dünyada ərzaq təchizatının əsasını təşkil edən buğda, qarğıdalı və digər malların qiymətləri yay mövsümündə kəskin şəkildə aşağı düşüb.

Bu məlumatlar ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatında əks olunub. Qeyd edilir ki, yazan bəri buğdanın qiyməti təqribən 40 faiz, qarğıdalının qiyməti 25 faiz aşağı düşüb.

Bu il qida məhsullarının və enerji daşıyıcılarının qiymətinin artması son 40 ildə ən güclü inflyasiyaya səbəb olub. Tələbin davamlı olması, təklifin isə məhdudluğu inflyasiyanın artmasına təkan verib. Ukraynada müharibə səbəbindən vəziyyət daha da gərginləşib, buğda və digər dənli bitkilərin, habelə neftin və təbii qazın istehsalı və ixracı dayanıb.

İndi qiymətlərin aşağı düşməsi onunla izah edilir ki, qlobal iqtisadi tənəzzül fonunda tələb və təklif nisbətən tarazlaşmağa başlayıb. Ukrayna və Rusiya arasında taxıl ixracı barədə razılaşma təklifin qlobal azlığını aradan qaldırmağa kömək edəcək. Dünya üzrə buğda və qarğıdalı ixracının təqribən 10 faizi Ukraynanın payına düşür. Bununla belə, ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu il buğda istehsalının artacağını və rekord miqdarda soya məhsulu alınacağını proqnozlaşdırır.

Xammalın qiymətinin azalması bəzi qablaşdırılmış məhsul növləri istehsalına xərclərin artması ilə üzləşən iri istehsalçılara kömək edə bilər. 2022-ci ilin birinci yarısında ABŞ iqtisadiyyatı azalıb, lakin istehlak xərcləri sabit qalır, işsizlik isə rekord dərəcədə aşağı səviyyədədir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər