15 C
Baku
Friday, November 15, 2024

Liz Trass Britaniyada elektrik enerjisinin qiymətlərini dondurmağı planlaşdırır

Boris Consonun istefasından sonra Böyük Britaniyanın baş naziri postuna əsas namizədlərdən biri olan xarici işlər naziri Liz Trass enerji böhranı fonunda elektrik enerjisinin qiymətlərini dondurmağı düşünür.

Bildirilənə görə, Trass bununla bağlı son günlər enerji sənayesinin nümayəndələri ilə danışıqlar aparıb. Eləcə də maliyyə naziri postuna namizəd Kvazi Kvartenqlə də bu mövzunu müzakirə edib. Kvazi Kvartenq hazırda biznes, energetika və sənaye strategiyası naziri vəzifəsini icra edir.

Həmçinin bəzi mənbələrdə qeyd olunur ki, Trass problemin həlli üçün bəzi addımlar atmağı düşünür. Belə ki, nazir təchizatçıların xərclərinin kompensasiya edilməsini, eyni zamanda da istehlakçılar üçün bir növ süni qiymət həddinin tətbiq edilməsini planlaşdırır.

Bundan əvvəl isə Leyboristlər Partiyası və Liberal Demokratlar da mühafizəkar hökuməti elektrik enerjisinin qiymətlərini indiki səviyyədə dondurmağa çağırıblar.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər