Avropa İttifaqı (Aİ) ölkələrinin ekspertləri sentyabrın 7-də Rusiyadan idxal olunan təbii qazın qiymətinə limit qoyulmasını müzakirə edəcəklər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, sentyabrın 7-də keçiriləcək texniki iclasda Rusiya “mavi yanacağı” üçün iki mümkün strategiya nəzərdən keçiriləcək: qiymət həddi tətbiqi və yanacaq təchizatında fasilələrdən ən çox təsirlənən regionlar üçün fövqəladə hallar zamanı qiymətlərin müəyyənləşdirilməsinin inzibati metodu.